Kateqoriyalar
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində silahlı insident qeydə alınıb.
Aktual.ge xəbər verir ki, hadisə Martın 2-ə keçən gecə baş verib.
Hadisə zamanı kənd sakini olan təxminən 23 yaşlı bir gənc bel nahiyəsindən güllə yarası alıb. Yaralı dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun həyatı üçün ciddi təhlükə yoxdur.
Əldə edilən məlumata görə, hadisə qisas zəmnində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və araşdırmalara başlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) və 236-cı (qanunsuz odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə istintaq aparılır.