5-7 mart tarixlərində Gürcüstanda nisbətən soyuq və aralıq yağışlı hava davam edəcək.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
Sinoptiklərin proqnozuna görə, Tbilisidə 5-6 mart tarixlərində əsasən yağışsız hava hökm sürəcək, 7 martda isə yağış və külək gözlənilir. Günorta saatlarında hava temperaturu +9…+11°C təşkil edəcək.
Sahil bölgələri (Batumi, Kobuleti, Anaklia, Poti): arabir yağıntılı olacağı gözlənilir, hava temperaturu +9…+11°C.
Kartli bölgəsi (Rustavi, Bolnisi, Marneuli, Gardabani, Gori, Tskhinvali): Bəzi yerlərdə yağış gözlənilir, hava temperaturu +8…+10°C.
Kaxeti bölgəsi (Saqareco, Telavi, Gurjaani, Siğnaği, Lagodekhi, Qvareli, Akhmeta, Dedoplistskaro): Bəzi yerlərdə yağış gözlənilir, hava temperaturu +9…+11°C.