TƏCİLİ: İrandan atılan ballistik raket Türkiyə hava məkanında vurulub - FOTO
04.03.2026 17:45
470
Dünya
A
TƏCİLİ: İrandan atılan ballistik raket Türkiyə hava məkanında vurulub - FOTO

"İrandan atılan, İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik sursat, Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında qarşısı alınaraq zərərsizləşdirilmişdir".

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"Hatay vilayətinin Dörtyol rayonuna düşən sursat parçasının, sözügedən təhlükənin havada məhv edilməsindən sonra müdafiəni həyata keçirən hava hücumundan müdafiə sursatına aid olduğu müəyyən edilmişdir. Hadisə zamanı hər hansı can itkisi və ya yaralanma halı baş verməmişdir.

Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək mövzusundakı iradəmiz və potensialımız ən yüksək səviyyədədir. Türkiyə regional sabitlik və hüzur tərəfdarı olmaqla yanaşı, kimdən və haradan gəlməsindən asılı olmayaraq öz torpaqlarının və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir.

Torpaqlarımızın və hava məkanımızın müdafiəsinə yönəlmiş hər cür addım qətiyyətlə və tərəddüdsüz atılacaqdır. Ölkəmizə qarşı hər cür düşmən mövqeyə cavab vermə hüququmuzun qorunduğunu xatırladırıq.

Bütün tərəflərə, münaqişələrin bölgədə daha da yayılmasına səbəb olacaq addımlardan uzaq durma xəbərdarlığını edirik. Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələr içində olmağa davam edəcəyik" , - məlumatda deyilir.

İran'dan atılan balistik füze Türk hava sahasında düşürüldü

İran'dan atılan balistik füze Türk hava sahasında düşürüldü

İran'dan atılan balistik füze Türk hava sahasında düşürüldü

ŞƏRH YAZ
1