İsraildən Naxçıvanın vurulmasına bu sözlərlə reaksiya verdi - FOTO
05.03.2026 16:10
380
Dünya
A
İsraildən Naxçıvanın vurulmasına bu sözlərlə reaksiya verdi - FOTO

"İsrail İranın Azərbaycanın Naxçıvan Beynəlxalq hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirməsini pisləyir".

Aktual.ge Azərbaycan KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel "X" hesabında paylaşım edib.

"Bu gün səhər Azərbaycanda İranın başını itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi növbəti qonşu ölkənin mülki hava limanına raket və PUA-lar atırsa, demək, artıq maskaları düşüb. Tehrandakı səkkizayaqlının başı artıq proksi qüvvələrin arxasında gizlənmir, birbaşa hücum edir və xaos yaradır".

İsraildən Naxçıvanın vurulmasına İLK REAKSİYA - FOTO

Nazir müavini onu da vurğulayıb ki, beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır: "Bütün dünya İranı dayandırmalıdır, yoxsa o, dayanmayacaq".

ŞƏRH YAZ
3