Kateqoriyalar
"Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq".
Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan lideri İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Məlumat üçün bildirək ki, Azərbaycan XİN-in məlumatına görə, bu gün, 5 mart tarixində günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.