05.03.2026 17:00
165
Dünya
A
"İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilib" | Əliyev

"Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır".

Aktual.ge xəbər verir ki, bu sözləri Azərbaycanın Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Atəşin hədəflərinin mülki obyektlər olduğunu vurğulayan İlham Əliyev: "Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir". 

Keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan ölkəsinə qarşı əsassız ittihamlar irəli sürüldüyünü, dövlət qurumlarının nəzarətində olan media resurslarının Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin şər-böhtan kampaniyası apardıqlarını qeyd edən İlham Əliyev deyib: “Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.

ŞƏRH YAZ
1