İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi Azərbaycan mediasına verdiyi müsahibədə İranın Azərbaycanın Naxçıvan bölgəsində yerləşən hava limanına dronlarla hücum etdiyi barədə məlumatı təkzib edib.
Aktual.ge xəbər verir ki, o, deyib ki, İran yalnız ABŞ və İsrailin Tehrana qarşı hücumlar həyata keçirmək üçün istifadə etdiyi hərbi bazalara zərbə endirir.
“Biz qonşu ölkələri hədəfə almırıq. İranın siyasəti ondan ibarətdir ki, biz yalnız regionda fəaliyyət göstərən və İranın mülki əhalisinə qarşı hücumlar həyata keçirən düşmənin hərbi bazalarına, o cümlədən ABŞ və sionist rejimin bazalarına zərbə endiririk. Biz əvvəldən deyirdik ki, əgər regiondakı bazalar İrana hücum üçün istifadə olunarsa, biz onlara zərbə endirəcəyik. Bizim siyasətimiz belədir”, - deyə o qeyd edib.