Şalva Papuaşvili: “2022-ci ildə Gürcüstan müharibədən xilas oldu”
10.03.2026 11:33
160
Siyasət
A
Şalva Papuaşvili: “2022-ci ildə Gürcüstan müharibədən xilas oldu”

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə müxalifət nümayəndələri Zurab Caparidze və Eka Qiqaurinin 2022-ci ilə aid açıqlamalarını paylaşıb.

Aktual.ge xəbər verir ki, həmin açıqlamalarda onlar ictimaiyyəti və hakimiyyəti Rusiya–Ukrayna müharibəsi fonunda ikinci cəbhənin açılmasına çağırırdılar.

Papuaşvilinin sözlərinə görə, qlobal böhranlar dövründə cəmiyyət 2022-ci ildə Gürcüstanın müharibədən xilas olduğunu unutmamalıdır.

“Qlobal böhranlar zamanı yadda saxlamalıyıq ki, 2022-ci ildə Gürcüstan müharibədən xilas oldu. Əgər bu insanlar hakimiyyətdə olsaydılar, müharibə qaçılmaz olardı. Çünki Rusiya ilə qarşıdurmada Gürcüstanın rolu əvvəlcədən müəyyənləşdirilmiş qüvvələr hakimiyyətə gələcəkdi”, – deyə Şalva Papuaşvili bildirib

ŞƏRH YAZ
8