Kateqoriyalar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, İran İslam Respublikasının ali rəhbəri vəzifəsinə seçilməsi münasibətilə Müctəba Xameneiyə rəsmi təbrik göndərib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstan Hökumət Administrasiyasının rəsmu veb-saytında yayılıb.
“Təbrik edirəm sizi İran İslam Respublikasının ali rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə. Gürcüstan iki ölkə və xalqlar arasında qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. İran xalqına sülh və rifah arzulayıram”, – İrakli Kobaxidzenin təbrik mesajında qeyd olunub.