10.03.2026 18:01
237
Din
A
"Ramazan və Cəmiyyət - Qədr-Gecəsinə Özəl" | İlahiyyatçı Fuad İsayev danışır - VİDEO

Aktual Media – Aktual.ge tərəfindən müqəddəs Ramazan ayı münasibətilə təqdim olunan “Ramazan və Cəmiyyət” adlı yeni podkast layihəsi davam edir.

Aktual.ge xəbər verir ki, Məryəm Rəcəbovanın aparıcılığı ilə yayımlanan podkastın budəfəki buraxılışı ehtimal edilən ilk Qədr-Gecəsinə ( 8 Mart) həsr olunub, qonağı isə Qızılhacılı İmam Həsən (ə.s) Məscidinin Axundu, İlahiyyatçı Kərbəlayi Fuad İsayev olub.

Verilişdə “Ramazan və Qədr-Gecəsi”nin əhəmiyyətindən danışılıb. 


Ramazan ayı boyunca yayımlanacaq podkast buraxılışları həftənin I və V günləri saat 21:00-da Aktual.ge-nin rəsmi "Facebook" və "YouTube" kanallarında efirə gedəcək.

Layihənin əsas məqsədi Ramazan ayının mənəvi dəyərlərini ön plana çıxarmaq, ailə münasibətləri, gənclərin cəmiyyətdə rolu, sosial həmrəylik və mənəvi məsuliyyət kimi mövzular ətrafında maarifləndirici müzakirələr aparmaq, eyni zamanda izləyiciləri düşündürərək daha sağlam və birgə dəyərlərə əsaslanan cəmiyyət quruculuğuna töhfə verməkdir.

ŞƏRH YAZ
5