Fransanın səfiri BGMİ-də görüş keçirib - FOTO
10.03.2026 23:58
137
Din
A
Fransanın səfiri BGMİ-də görüş keçirib - FOTO

Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) mərkəzi ofisində Olivye Kurtonun rəhbərlik etdiyi Fransa səfirliyinin nümayəndə heyəti ilə tanışlıq xarakterli görüş keçirilib.

Aktual.ge xəbər verir ki, görüşdə şeyx Hacı Faiq Nəbiyev və Şərqi Gürcüstanın müftisi Hacı Etibar Eminov səfiri salamlayaraq, idarəyə səfərinə görə təşəkkürlərini bildiriblər. Dini liderlər səfirə idarənin fəaliyyəti, Gürcüstandakı müsəlman icmasının vəziyyəti, dövlət-din münasibətləri və qurumun beynəlxalq əlaqələri barədə ətraflı məlumat veriblər.

Səfir Olivye Kurto səmimi qəbula görə minnətdarlığını ifadə edərək İslam dinini və müsəlman mədəniyyətini yaxından tanıdığını, bu mədəniyyətə böyük hörmət bəslədiyini qeyd edib. O, Müsəlmanlar İdarəsi ilə əlaqələrin inkişafına xüsusi önəm verəcəyini bildirib.

Diplomat dini liderlərin fəaliyyətini yüksək qiymətləndirərək idarənin gördüyü işləri təqdir edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Görüşün sonunda dini liderlər də öz növbəsində səfirə təşəkkür edib, diplomatik fəaliyyətində uğurlar diləyiblər.

Görüşdə həmçinin Qərbi-Gürcüstan müftisi Adəm Şantadzenin Tbilisi şəhəri üzrə nümayəndəsi İaqo Beridze, imam Zviad Vanadze və şeyxin nümayəndəsi Əli Nağıyev iştirak ediblər.

ŞƏRH YAZ
3