İrakli Kobaxidzedən iftar məclisində Yaxın Şərqlə bağlı mesaj
11.03.2026 01:48
430
Siyasət
A
İrakli Kobaxidzedən iftar məclisində Yaxın Şərqlə bağlı mesaj

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət üzvləri ilə birlikdə müsəlman icması üçün iftar süfrəsi təşkil edib.

Aktual.ge xəbər verir ki, iftardan öncə nitq ilə çıxış edən hökumət başçısı hər kəs üçün sülh arzulayıb.

İrakli Kobaxidze çıxışında eyni zamanda Yaxın-Şərqdə baş verənlərədə toxunub və dost ölkələrə sülhün bərpasını arzulayıb.

“Bu gün regionda çox mürəkkəb hadisələr baş verir və bu fonda Gürcüstanda sünnilər və şiələrin eyni məsciddə birlikdə namaz qılması xüsusi rəmzi məna daşıyır. Gürcü İslamı məhz bu xüsusiyyəti ilə unikaldır. Düşünürəm ki, bu, dinc birgəyaşayış və ümumi razılığın hər kəs üçün nümunə ola biləcək örnəyidir. Bir daha vurğulamaq istəyirəm ki, Yaxın Şərqdə hazırda mürəkkəb vəziyyət yaranıb. Dost ölkələrə sülhün bərpasını arzulayıram. Bu, insanların rifahı, tərəqqisi və inkişafı üçün vacib şərtdir. Hər kəsə sülh arzulayıram”, - deyə Baş nazir qeyd edib.

ŞƏRH YAZ
6