Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları ailə üzvünə qəsdən yüngül bədən xəsarəti yetirməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü E.Q.-ni saxlayıblar.
Aktual.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək 2000-ci il təvəllüdlü M.Q.-yə bədən xəsarəti yetirib. Yaralanan qadın xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində E.Q.-ni hadisədən dərhal sonra, isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 120-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Həmin maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.