Kateqoriyalar
Telavidə 8 aylıq hamilə qadın dünyasını dəyişib.
Aktual.ge xəbər verir ki, 44 yaşlı qadın damarlarında yaranmış tromb nəticəsində həyatını itirib.
Bildirilib ki, qadının son vaxtlar sağlamlıq problemləri var idi və müalicə alırdı. Lakin buna baxmayaraq, tromb yaranıb. Məlumata görə, hadisə qadın evdə olarkən baş verib.
Hamilə qadının tibbi qeydiyyatda olduğu klinikada isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.