Daxili işlər naziri ilə Ali Kaan Orbay arasında vida görüşü keçirilib
11.03.2026 14:11
243
Siyasət
A
Daxili işlər naziri ilə Ali Kaan Orbay arasında vida görüşü keçirilib

Gürcüstanın daxili işlər naziri Geka Geladze, Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə vida görüşü keçirib.

Aktual.ge xəbər verir ki, tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında mövcud olan strateji tərəfdaşlığı və onun daha da dərinləşdirilməsinin əhəmiyyətini bir daha vurğulayıblar.

Nazir türk diplomata Gürcüstan ilə Türkiyə Respublikası arasında sıx ikitərəfli əməkdaşlığın, o cümlədən iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud olan effektiv tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

ŞƏRH YAZ
0