Kateqoriyalar
Milli Qida Agentliyi Marneulidə qanunsuz quş kəsim məntəqəsi aşkarlayıb.
Aktual.ge xəbər verir ki, Kvemo Kartli departamentinin müfəttişləri Marneulidə kustar üsulla fəaliyyət göstərən quş kəsim məntəqəsini aşkarlayıb. Yoxlama zamanı müəyyən edilib ki, fiziki şəxs O.A. (ünvan: Marneuli, Qurbanov küçəsi N2) agentlik tərəfindən tələb olunan qeydiyyat və baytarlıq nəzarəti olmadan işləyib.
Obyektdə ciddi uyğunsuzluqlar aşkar edilib, fiziki şəxs cərimələnib və müəssisənin fəaliyyətinə müvəqqəti qadağa qoyulub.
