Polis ölkə miqyasında qanunsuz silah və döyüş sursatı əməliyyatı keçirib 51 nəfər saxlanılıb.
Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib ki, polis əməliyyatı zamanı onlarla odlu və avtomatik silah, əl qumbaraları və yüzlərlə patron ələ keçirilib.
Əməliyyatlar hakimin qərarı ilə Tbilisi və ölkənin müxtəlif bölgələrində həyata keçirilib. Saxlanılanların mənzilləri, köməkçi anbarları və avtomobillərində aparılan axtarışlar zamanı əlavə sübutlar da tapılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi üzrə aparılır; bu maddəyə görə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Daraxvelidze vurğulayıb ki, Daxili İşlər Nazirliyi vətəndaşların təhlükəsizliyini təmin etmək və cinayətkarlığa qarşı mübarizəni davam etdirmək üçün profilaktik və polis tədbirlərini sistemli şəkildə həyata keçirir.