Aktual Media – Aktual.ge tərəfindən müqəddəs Ramazan ayı münasibətilə təqdim olunan “Ramazan və Cəmiyyət” adlı yeni podkast layihəsi davam edir.
Aktual.ge xəbər verir ki, Məryəm Rəcəbovanın aparıcılığı ilə yayımlanan podkastın budəfəki buraxılışı ehtimal edilən ikinci Qədr-Gecəsinə həsr olunub, qonağı isə Bolnisi Bələdiyyəsinun Baş Axundu, İlahiyyatçı Hacı İfrət Əhmədov olub.
Verilişdə “Ramazan və Qədr-Gecəsi”nin əhəmiyyətindən danışılıb.
Ramazan ayı boyunca yayımlanacaq podkast buraxılışları həftənin I və V günləri saat 21:00-da Aktual.ge-nin rəsmi "Facebook" və "YouTube" kanallarında efirə gedəcək.
Layihənin əsas məqsədi Ramazan ayının mənəvi dəyərlərini ön plana çıxarmaq, ailə münasibətləri, gənclərin cəmiyyətdə rolu, sosial həmrəylik və mənəvi məsuliyyət kimi mövzular ətrafında maarifləndirici müzakirələr aparmaq, eyni zamanda izləyiciləri düşündürərək daha sağlam və birgə dəyərlərə əsaslanan cəmiyyət quruculuğuna töhfə verməkdir.