Kateqoriyalar
Tbilisidə Yunus Emre Enstitüsündə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə yazar, şair və bloqqer Zehra Güngörün “Poeziya ilə Güclənən Qadınlar” seminarı baş tutub.
Aktual.ge xəbər verir ki, gənclərin iştirak etdiyi tədbirdə Zehra Güngör poeziyanın qadınların mənəvi gücünün formalaşmasında rolundan danışıb, ədəbiyyatın cəmiyyətin inkişafına təsirini vurğulayıb.
Seminar zamanı müəllif öz yaradıcılığından nümunələr səsləndirib, qadınların tarix boyu mədəniyyətə və ictimai həyata verdiyi töhfələrdən bəhs edib. İştirakçılarla interaktiv müzakirələr aparılıb, gəncləri maraqlandıran mövzulardan söz açıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib və iştirakçılara təşəkkür edilib.
