Batumi dənizində bir kişinin meyiti tapılıb
19.11.2020 12:27
248
Hadisə
A
Batumi dənizində bir kişinin meyiti tapılıb
Batumidə, sahildən 700 metr məsafədə dənizdən bir kişinin meyiti tapılıb. Aktual.ge xəbər verir ki, bu barədə Təcili Yardım Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, cəsəd bu gün səhər dənizdə 700 metr radiusda tapılıb. Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Cəsəd sahilə çıxarılıb və şəxsiyyətinin müəyyənləşdirilməsi barədə işlər aparılır. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin intihar etməni nəzərdə tutan 115-ci maddəsinə əsasən başlayıb.
ŞƏRH YAZ
5