Bu gün Laqodexi bələdiyyəsinin Qabal kəndində Meriyanın təşkilatçılığı və dəstəyi ilə Ramazan bayramı münasibətilə iftar məclisi və Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Aktual.ge xəbər verir ki, iftar mərasimində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Şərqi Gürcüstan üzrə müfti Etibar Eminov, din xadimləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Çıxış edən natiqlər Ramazan ayı ilə yanaşı mərhum Katolikos-Patriarx II İliyanın həyat yolu və mənəvi irsindən bəhs edərək, onun xalqlar arasında dostluq və qarşılıqlı hörmətin möhkəmləndirilməsində oynadığı mühüm rolu vurğulayıblar.
Mərasimin sonunda II İliyanın xatirəsi ehtiramla yad olunub və ruhuna dualar oxunub.






