Kateqoriyalar
Paytaxt Tbilisidəki Cümə Məscidində yüzlərlə insanın iştirakı ilə Ramazan bayramı namazı qılınıb.
Aktual.ge xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şərqi-Gürcüstan müftisi Etibar Eminovun imamlığında qılınan namaz səhər saat 07:40-da baş tutub.
Namazın ardından müfti ölkə və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik və dualar edib. Cümə Məscidində qılınan bayram namazına yerli sakinlərlə yanaşı, əcnəbilərdə qoşulub.
Tbilisi Cümə Məscidi ilə yanaşı BGMİ-nin müftiyilinə bağlı bütün məscidlərdə Ramazan bayramı namazı əda edilib.



