Bu gün Novruz və Ramazan Bayramıdır
21.03.2026 14:34
274
Mədəniyyət
A
Bu gün Novruz və Ramazan Bayramıdır

 

Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar qeyd olunur və sevincli hadisələrə – qışın bitməsi və yazın başlamasına – həsr edilir.

Aktual.ge məlumat verir ki, Novruz bayramının tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının başlanğıcı qədim zamanlara – Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum isə 5000 il müəyyən edirlər.

Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd olunurdu və 12 gün davam edirdi. Hər bir günün özünəməxsus adət-ənənələri mövcud idi. İlk yazılı abidələrdə Novruz bayramının eramızdan əvvəl 505-ci ildə meydana gəldiyi qeyd olunur.

Lakin dahi maarifçilər – Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və başqaları – sübut ediblər ki, Novruz İslamdan çox-çox əvvəl yaranıb. Novruza həsr olunmuş əsərlərə misal olaraq Nizamülmülkün “Siyasətnamə”, Ömər Xəyyamın “Novruznamə” əsərlərini göstərmək olar.

Təbiətin oyanışı Novruzla başlayır. Türk xalqı hətta bayramın gəlişinə bir ay qalmış Novruzu böyük təntənə ilə qeyd etməyə başlayır. Hər həftənin çərşənbə axşamı özünəməxsus ənənələrə uyğun olaraq – Su, Od, Torpaq və Yel çərşənbəsi – qeyd olunur. İlaxır çərşənbə isə bayram çərşənbəsi sayılır.

Bu gün - 21 Mart eyni zamanda Ramazan bayramıdır.

 Qeyd edək ki, Gürcüstanda Novruz və Ramazan bayramları uzun illərdir böyük təntənə ilə qeyd olunur, lakin bu ilin mart ayının 17 mart tarixində Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliyanın 93 yaşında vəfat etməsi ilə əlaqədar ölkədə matəm elan edildiyi üçün, hər iki Bayram təntənə ilə qeyd olunmur.

ŞƏRH YAZ
4