Beynəlxalq uçuşlara qoyulan qadağa bu tarixə qədər yenə uzadıldı
Koronavirus pandemiyası səbəbi ilə Gürcüstan beynəlxalq uçuşlara qoyulan qadağanı 1 yanvar 2021-ci il tarixinə qədər təxirə salınıb.
Aktual.ge xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi tərəfindən məlumat verilib.
Agentlikdən verilən məlumata görə, məhdudiyyətlər 31 dekabr 2020-ci il tarixinədək qüvvədə qalacaq.
Məlumatda qeyd olunub ki, tətbiq olunan məhdudiyyət Tbilisi Beynəlxalq Hava Limanı ilə aşağıdakı hava limanları arasında birbaşa beynəlxalq uçuşlara şamil edilmir: Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin, Milan.
Məhdudlaşdırma, həmçinin Kutaisi Beynəlxalq Hava Limanı ilə aşağıdakı hava limanları arasındakı uçuşlara da şamil edilmir: Riqa, Katovitsa, Vilnüs, Dortmund.