“WhatsApp” yeni funksiyanı işə salır
19.11.2020 19:27
438
Maraqlı
A
“WhatsApp” yeni funksiyanı işə salır
"WhatsApp” tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq. Aktual.ge xəbər verir ki, yeni funksiya barədə “Wabetainfo” məlumat verib. Yeniliyin mahiyyəti ondan ibarətdir ki, indi digər istifadəçiyə videonu göndərməzdən əvvəl onun səsini söndürmək mümkün olacaq. Videonun müddəti və ölçüsü haqqında məlumatın yanında, ekranın sol tərəfində səsi söndürməyə imkan verən işarə olacaq. Hələlik yeni funksiya sınaq mərhələsindədir. Funksiya 2020-ci ilin sonunda “WhatsApp” istifadəçilərinin ixtiyarına veriləcək.
ŞƏRH YAZ
0