Gürcüstan hökumətinin qərarına əsasən, 2028-2029-cu tədris ilində dövlət universitetlərində tələbə qəbulu kvotaları ikiqat artırılacaq, çünki 11 və 12-ci sinif şagirdləri eyni vaxtda məktəblərdə təhsillərini başa vuracaqlar.
Aktual.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 2028-2029-cu tədris ili üçün dövlət universitetlərinin magistr proqramlarına qəbul olan tələbələrin sayı da artacaq.
"Dəyişiklik magistr dərəcəsi səviyyəsinə də təsir edəcək - əksər bakalavr proqramları 3 illik təhsil modelinə keçdiyindən, həm 2024, həm də 2025-ci illərdə təhsil alan tələbələrin əksəriyyəti bakalavr proqramlarını 2027-2028 tədris ilində başa vuracaq. Müvafiq olaraq, 2028-2029 tədris ili üçün dövlət universitetlərində magistr proqramlarına qəbul olan tələbələrin sayı da artacaq" , - bildirilib.
Xatırladaq ki, islahat çərçivəsində ümumi təhsil səviyyəsinin müddəti dəyişir. Orta məktəb səviyyəsinin müddəti X-XI siniflər üzrə müəyyən edilir. 12-ci sinif könüllü olacaq və istəyənlər əvvəlcədən qeydiyyatdan keçməklə təhsillərini 12-ci sinifdə davam etdirmək imkanı əldə edəcəklər.
Təhsil Nazirliyinin açıqlamasında deyilir: "Məktəblərdə 11-ci sinif şagirdləri üçün mütəşəkkil bərpa sinfi təmin ediləcək ki, bu da şagirdlərin milli imtahanlara tam hazırlaşmasına imkan verəcək. Bu yenilik hazırda doqquzuncu sinifdə oxuyan şagirdlərə şamil ediləcək".