Gələn həftədən ağır məhdudiyyətlər tətbiq oluna bilər - AÇIQLAMA
20.11.2020 01:14
1119
Sağlamlıq
A
Gələn həftədən ağır məhdudiyyətlər tətbiq oluna bilər - AÇIQLAMA
"Gələn həftədən etibarən ictimai nəqliyyat və böyük ticarət mərkəzlərinə məhdudiyyətlər tətbiq oluna bilər". Aktual.ge xəbər verir ki, bu barədə yayılmış məlumatı allergist-immunoloq Bidzina Kulumbeqov təsdiqləyib. Onun sözlərinə görə, baş nazir Giorgi Qaxaria ilə görüşdə məhdudiyyətlər müzakirə edilib. Konkret qərarın verilməsi üçün isə bir daha görüş keçiriləcək. "Bəli, mən bunu təsdiq edirəm. Baş nazirlə görüşdüm və bizə gələn həftə yenidən zəng edə biləcəyini dedi. Mövcud tapşırıq həmçinin maliyyə nazirinə və eləcə də baş nazirin müavininə də verilib lakin paketin nə olduğu və onun hazırlanma prosesi barədə dəqiq məlumatlar səsləndirilməyib. Bu ən qısa vaxtda reallaşacaq çünki bu qərar səhiyyəmiz bir az nəfəs ala bilsin deyə qəbul edilməlidir", - deyə B.Kulumbeqov qeyd edib. Qeyd edək ki, noyabr ayının əvvəlindən bəri hər sutka yüzlərlə insan Gürcüstanda Koronavirusa yoluxur. Hazırda ölkədə Covid19 pandemiyasının ikinci dalğası hökm sürür.
ŞƏRH YAZ
10