Ağır avtomobil qəzası: 1 ölü, 2 yaralı
28.03.2026 21:57
1505
Hadisə
A
Ağır avtomobil qəzası: 1 ölü, 2 yaralı

Qurcaani bələdiyyəsində yol qəzasında bir nəfər həyatını itirib.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə bələdiyyənin Axashen kəndində baş verib.

Kənddə yerləşən kilsəsinin yaxınlığında avtomobil bir neçə metr hündürlükdən dərəyə aşıb.

Yerli sakinlərin sözlərinə görə, avtomobildə üç nəfər olub. Onlardan biri hadisə yerində ölüb, ikisi isə ağır yaralanıb. Ölən şəxs 45 yaşlı kişidir.

Hazırda hadisə yerində polis və Fövqəladə Halların İdarəetmə Xidməti səfərbər olunub.

ŞƏRH YAZ
1