Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq 
30.03.2026 09:07
1019
Maraqlı
A
Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq 

Martın 30-dan 31-i səhərinədək Gürcüstanda arabir yağıntı yağış gözlənilir, bəzi yerlərdə isə güclü olacaq.

Aktual.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumata əsasən, küləyin güclənməsi, yüksək dağlıq ərazilərdə isə duman, çovğun və qar uçqunu təhlükəsi mümkündür.

“Çovğun, görmə məsafəsinin pisləşməsi və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, təpəlik və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - verilən məlumatda eyni zamanda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib.

ŞƏRH YAZ
5