Gürcüstanda sərt karantinin tətbiqi gözlənilir
20.11.2020 12:00
973
Sağlamlıq
A
Gürcüstanda sərt karantinin tətbiqi gözlənilir
Gürcüstan hökumətinin ölkədə epidemioloji vəziyyətin pisləşməsi səbəbindən ümümi karantin elan edəcəyi gözlənilir. Aktual.ge Report-a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat yazıb. Məlumata əsasən, ümumi sərt karantin rejiminin noyabrın 21-də keçiriləcək parlament seçkilərinin II turundan sonra tətbiqi nəzərdə tutulub. Xüsusi rejim noyabrın 24-dən dekabrın 7-dək qüvvədə saxlanılacaq. Sərt məhdudiyyətlərin ictimai nəqliyyat və iri ticarət mərkəzlərinin fəaliyyətinə şamil olunacağı bildirilib. “Lokdaun”un ("Bağlanma") müddətinin dekabrın 7-dən sonra uzadılacağı da istisna edilmir. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze öz növbəsində bildirib ki, ölkədə qüvvədə olan məhdudiyyətlər genişləndiriləcək, ümumi karantin isə planlaşdırılmır.
ŞƏRH YAZ
3