Türkiyənin 24 illik həsrəti sona çatdı! Türklər DÇ-2026-ya vəsiqə qazandı
01.04.2026 00:59
481
İdman
A
Türkiyənin 24 illik həsrəti sona çatdı! Türklər DÇ-2026-ya vəsiqə qazandı

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.

Aktual.ge xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub.

Matç "ay-ulduzlular"ın qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.

DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Türkiyə D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.

Xatırladaq ki, Türkiyə millisi bundan əvvəl 2002-ci ildə dünya çempionatında iştirak etmiş və turnirin bürünc medallarına sahib olmuşdu.

Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

ŞƏRH YAZ
0