Kateqoriyalar
Gürcüstanda təhsildən yayınma nisbəti 2025-ci ildə də yüksək səviyyədə qalıb.
Aktual.ge İctimai Müdafiəçisinin (Ombudsman) illik hesabatına istinadla xəbər verir ki, bu problemin əsas səbəblərindən biri ailələrin uşaqları ilə birlikdə xaricə köçməsidir.
Hesabatda deyilir ki, 2025-ci ildə 7 min 248 şagird təhsildən kənarlaşdırılıb, 1366 nəfərin tələbə statusu ləğv edilib. 2025-ci ildə ölkədə 2 min 86 dövlət və 206 özəl məktəb fəaliyyət göstərib ki, onlardan 9-u internat tiplidir. 2025-2026-cı tədris ilində ümumi şagird sayı 643 min 801 nəfər təşkil edib.
Hesabatda, həmçinin məktəblərdəki sıxlıq probleminə də toxunulub. Qeyd edilib ki, 297 dövlət məktəbində dərslər iki və ya daha çox növbədə, 22 məktəbdə isə hətta üç növbədə təşkil olunur.