SON DƏQİQƏ! ABŞ Hərbi təyyarəsi Gürcüstan səmasında görüldü - FOTO
01.04.2026 18:08
1589
Hadisə
A
SON DƏQİQƏ! ABŞ Hərbi təyyarəsi Gürcüstan səmasında görüldü - FOTO

Tbilisi Beynəlxalq Hava Limanına Almaniyadan uçan ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus Boeing C-17 Globemaster III təyyarəsi eniş edib.

Aktual.ge xəbər verir ki, bu barədə "İnfoRustavi" nəşri məlumat yayıb.

Təyyarə Şota Rustaveli adına hava limanını qısa müddət sonra, təxminən 16:02-də tərk edərək Ermənistan istiqamətində uçub.

"Flightradar2" radar məlumatına görə, təyyarə Yerevan hava limanına eniş edib və bundan sonra radardan itib.

Boeing C-17 Globemaster III ABŞ Hərbi-Hava Qüvvələrinə (USAF) məxsus təyyarədir və müxtəlif məqsədlər üçün istifadə olunur. Bunlara hərbi texnikanın daşınması, əsgərlərin nəqli və humanitar yardımın çatdırılması daxildir.

Foto: İnfoRustavi

ŞƏRH YAZ
24