Marneuli–Sadaxlı magistralında ağır avtomobil qəzası baş verib - FOTO
01.04.2026 21:45
1243
Hadisə
A
Marneuli–Sadaxlı magistralında ağır avtomobil qəzası baş verib - FOTO

Marneuli–Sadaxlı magistralının Yuxarı Saral kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge-nin məlumatına görə, Ermənistan dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Gürcüstan nömrəli avtomobilə sərt şəkildə çırpılıb.

Mövcud məlumata əsasən, zərbənin təsirindən Gürcüstan dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq kənara aşıb. Sürücü ağır yaralı vəziyyətdə klinikaya çatdırılıb.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

ŞƏRH YAZ
13