Kateqoriyalar
Tbilisidə 23 yaşlı bir gənc kirayə qaldığı mənzildə ölü tapılıb.
Aktual.ge xəbər verir ki, mərhum Siqnaxi Bələdiyyəsinin Nukriani kəndinin sakini imiş və son illərdə Tbilisidə yaşayır və işləyirmiş.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə aparılır. Bu maddə bir şəxsi öz həyatına son qoymağa sövq etmə (intihara təhrik etmə) faktını nəzərdə tutur.