Kateqoriyalar
Marneulidə baş verən bıçaqlanma hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi istintaqa başlayıb.
Aktual.ge xəbər portalının sorğusuna Daxili İşlər Nazirliyindən bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə başlayıb.
Cinayəti törədən şəxsi saxlanılıb-saxlamılmadığı məlum deyil.
Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi qəsdən adam öldürməni (qəsdən qətl) nəzərdə tutur.
Nə baş verib?
Bu gün, aprelin 2-i Marneulidə bir nəfər iki nəfəri bıçaqlayıb. Yaralılardan biri boğaz, digəri isə ayaq nahiyəsindən bıçaq zərbələri alıb. Həkimlər yaralılardan birinin vəziyyətini ağır olaraq dəyərləndirir.
