Sürücülərə üzücü xəbər: Yanacağın qiyməti 4 lariyə çatdı
03.04.2026 23:57
1911
İqtisadiyyat
A
Sürücülərə üzücü xəbər: Yanacağın qiyməti 4 lariyə çatdı

Gürcüstanda son üç gündə, 31 martdan bu günədək yanacaq 6-dan 20 tetriyədək bahalaşıb. Beynəlxalq birjalardakı mövcud tendensiya Gürcüstan bazarına təxminən 9 martdan etibarən təsir etməyə başlayıb.

Aktual.ge xəbər verir ki, Gürcüstandakı brend yanacaqdoldurma məntəqələrində qiymətlər bir neçə mərhələdə artıb və nəticədə 9 martdan bu günə qədər artım 27-dən 84 tetriyədək çatıb.

Yanacaqdoldurma məntəqələri üzrə yanacaq qiymətlərinin 7 mart göstəriciləri ilə müqayisəsi aşağıdakı kimidir:

Gulf

G-Force Super: 3.99 lari (3.53 lari idi) – 46 tetri artım

G-Force Premium: 3.59 lari (3.07 lari idi) – 52 tetri artım

G-Force Euro Regular: 3.45 lari (2.97 lari idi) – 48 tetri artım

Euro Regular: 3.43 lari (2.92 lari idi) – 51 tetri artım

G-Force Euro Diesel: 3.97 lari (3.13 lari idi) – 84 tetri artım

Euro Diesel: 3.87 lari (3.35 lari idi) – 52 tetri artım

Wissol

Eko Super: 3.92 lari (3.54 lari idi) – 38 tetri artım

Eko Premium: 3.52 lari (3.12 lari idi) – 40 tetri artım

Eko Diesel: 3.82 lari (3.23 lari idi) – 59 tetri artım

Euro Diesel: 3.77 lari (3.18 lari idi) – 59 tetri artım

Euro Regular: 3.37 lari (2.97 lari idi) – 40 tetri artım

Socar

Nano Super: 3.82 lari (3.55 lari idi) – 27 tetri artım

Nano Premium: 3.50 lari (3.11 lari idi) – 39 tetri artım

Nano Euro Regular: 3.34 lari (2.95 lari idi) – 39 tetri artım

Euro 5 Diesel: 3.65 lari (2.99 lari idi) – 66 tetri artım

Nano Euro 5 Diesel: 3.75 lari (3.08 lari idi) – 76 tetri artım

Rompetrol

Efix Super: 3.92 lari (3.59 lari idi) – 33 tetri artım

Efix Euro Premium: 3.53 lari (3.15 lari idi) – 38 tetri artım

Euro Regular: 3.39 lari (3.04 lari idi) – 35 tetri artım

Efix Euro Diesel: 3.85 lari (3.15 lari idi) – 70 tetri artım

Euro Diesel: 3.80 lari (3.10 lari idi) – 70 tetri artım

Portal

Super: 3.37 lari (2.99 lari idi) – 38 tetri artım

Premium: 3.19 lari (2.94 lari idi) – 25 tetri artım

Euro Regular: 2.99 lari (2.74 lari idi) – 25 tetri artım

Euro Diesel: 3.79 lari (2.99 lari idi) – 80 tetri artım

Effektiv Diesel: 3.59 lari (2.84 lari idi) – 75 tetri artım

ŞƏRH YAZ
17