İmamcümə Marneulidə baş verənlərdən narahatlığını ifadə etdi
04.04.2026 00:27
1278
Din
A
İmamcümə Marneulidə baş verənlərdən narahatlığını ifadə etdi

"Bizim yeniyetmələr, gənclər mənəviyyatla məşğul olmalı, elm öyrənməyə və savad qazanmağa yönəlməlidirlər. Onlar ədəb və əxlaqın təcəssümü olmalıdırlar".

Aktual.ge xəbər verir ki, bu sözləri bu gün Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidində (3 Aprel) Cümə xütbəsində Dr. Seyid Mirismayıl Əsədov son günlər Marneulidə baş verən insidentlərə toxunarkən deyib.

O, Marneulidə gənc oğlanın amansızca öldürülməsi hamını sarsıtdığını ifadə edərək, baş sağlığı verib.

Din xadimi Marneulidə son vaxtlar baş kriminal hadisələrdən narahatlığını dilə gətirib.

"Təəssüf ki, görürük ki, cəmiyyətdə fəsad və asılılıqlar getdikcə yayılır. Demək olar ki, gənclərin bir çoxu həm elmdən, həm də mənəvi dəyərlərdən uzaq düşüb. Əksinə, şeytani ab-havaya üstünlük verirlər ki, bu da çox təəssüf doğuran, faciəvi bir vəziyyətdir.

Hər kəsin borcudur ki, bu cür mənfi ab-havanın qarşısını almaq üçün əllərindən gələni əsirgəməsin, ilahi və mənəvi bir mühitin formalaşması üçün var gücləri ilə çalışmalıdırlar" , - deyə imamcümə qeyd edib.

ŞƏRH YAZ
1