Qətl hadisəsi baş verib: Bir nəfər saxlanılıb - VİDEO
05.04.2026 12:32
2172
Kriminal
A
Qətl hadisəsi baş verib: Bir nəfər saxlanılıb - VİDEO

Sameqreloda qətl hadisəsi baş verib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) yayıb.

Məlumata görə, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.

DİN-nin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları, qəsdən adam öldürmə ittihamı ilə 1967-ci il təvəllüdlü M.M.-ni saxlayıblar.

Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 4 aprel tarixində, Zuqdidi bələdiyyəsinin kəndlərindən birində, qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək 1953-cü il təvəllüdlü Z.N.-yə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

"Aldığı xəsarətlər nəticəsində Z.N. hadisə yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən isti izlərlə operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində M.M. cinayəti törətdikdən qısa müddət sonra saxlanılıb. Polis tərəfindən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır və bu maddə 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur", - deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
8