SON DƏQİQƏ! Marneulidə baş verən hadisə ilə bağlı DİN istintaqa başladı
07.04.2026 00:23
3659
Kriminal
A
SON DƏQİQƏ! Marneulidə baş verən hadisə ilə bağlı DİN istintaqa başladı

Sosial şəbəkədə ictimai fəal Samirə Bayramova Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun bir vətəndaşı öz ətrafı ilə birlikdə amansızcasına döyməsi ilə bağlı paylaşım edib. Paylaşımından sonra Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə, hadisə ilə bağlı istintaq başlanıb.

Aktual.ge xəbər portalının sorğusuna Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır.

Bundan əlavə, əldə edilən məlumata görə, hazırda Kənan İsmayılov Marneuli Polis İdarəsindədir.

Hazırda Daur İsmayılov və onun müavini Giorgi Qodabrelidze, parlamentin üzvü Zaur Darğallı və Marneuli Bələdiyyə Məclisinin bir sıra üzvləri Marneuli Polis İdarəsinin ətrafındadır.

"Facebook" paylaşımında Samirə Bayramova yazıb ki, "Marneuli merinin qardaşı öz ətrafındakı şəxslərlə birlikdə Marneulidə bir vətəndaşı vəhşicəsinə döyüb. Merin ailə üzvləri artıq bir həftədən çoxdur ki, şəhərdə xaos yaradırlar. Onun sözlərinə görə, sahibkarlardan biri çörəyin qiymətini artırmadığına görə mer Daur İsmayılovun qardaşı həmin şəxsi döyüb.

ŞƏRH YAZ
12