SON DƏQİQƏ! Marneuli merinin qardaşı saxlanılıb | Nələr baş verir?
07.04.2026 02:11
1384
Kriminal
A
SON DƏQİQƏ! Marneuli merinin qardaşı saxlanılıb | Nələr baş verir?

Marneulidə baş vermiş zorakılıq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi Marneuli merinin qardaşı Kənan İsmayılovu saxlayıb.

Aktual.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, istintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1 prima hissəsinin “b” bəndi üzrə aparılır ki, bu da qrup halında zorakılıq deməkdir.

Qurumun məlumatına görə, baş vermiş faktla bağlı istintaq davam edir.


Sosial şəbəkədə ictimai fəal Samirə Bayramova Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun bir vətəndaşı öz ətrafı ilə birlikdə amansızcasına döyməsi ilə bağlı paylaşım edib. 

"Facebook" paylaşımında Samirə Bayramova yazıb ki, "Marneuli merinin qardaşı öz ətrafındakı şəxslərlə birlikdə Marneulidə bir vətəndaşı vəhşicəsinə döyüb. Merin ailə üzvləri artıq bir həftədən çoxdur ki, şəhərdə xaos yaradırlar".

Onun sözlərinə görə, sahibkarlardan biri çörəyin qiymətini artırmadığına görə mer Daur İsmayılovun qardaşı həmin şəxsi döyüb.

ŞƏRH YAZ
6