Az əvvəl açıqlandı:
07.04.2026 15:04
1394
Kriminal
A
Az əvvəl açıqlandı: "Oğru dünyası" ilə bağlı çox sayda saxlanılan var - VİDEO

Hüquq-mühafizə orqanları “qanuni oğrular dünyası” ilə əlaqəsi olan 44 nəfəri saxlayıb, daha 6 nəfərə isə qiyabi şəkildə ittiham irəli sürüləcək.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin keçirdiyi brifinqdə məlumat verib.

Onun məlumatına görə, saxlanılanlar arasında xaricdə olan bir “qanuni oğru” da var.

Nazir müavini qeyd edib ki, gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, cinayətdə təqsirləndirilən şəxslər “oğru razborkaları” təşkil edir və “oğru qərarları” çıxarırdılar.

Qeyd olunub ki, saxlanılan şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzasını gözləyir.

“Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları fasiləsiz rejimdə mütəşəkkil cinayətkarlığa, xüsusilə də “qanuni oğrular dünyası” ilə bağlı cinayət fəaliyyətinə qarşı mübarizəni davam etdirirlər.

Son 24 saat ərzində hüquq-mühafizə orqanlarının ölkə üzrə keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində, məhkəmə qərarı əsasında “qanuni oğrular dünyası” ilə əlaqəsi olan 44 nəfər saxlanılıb. Daha 6 nəfərə isə ittiham qiyabi qaydada irəli sürüləcək, onların arasında xaricdə olan bir “qanuni oğru” da var.

Aparılan intensiv gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər “oğru razborkaları” təşkil edir və “oğru qərarları” çıxarırdılar.

Saxlanılan şəxslər “qanuni oğrular dünyasının” nümayəndələri ilə, o cümlədən “qanuni oğru” Mamuka Şubitidze ilə əlaqə saxlayırdılar. O isə şəxsi mənfəət əldə etmək məqsədilə, “oğru qaydalarına” uyğun olaraq, vətəndaşlar arasında maliyyə və digər kriminal xarakterli mübahisələrə qərar verir, bundan sonra tərəflərdən pul tələb edirdi. Müəyyən edilmiş vaxtda ödəniş edilmədikdə isə fiziki zorakılıq və öldürmə ilə hədələyirdi.

İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxslər vaxtaşırı olaraq “qanuni oğruya” Tbilisi və Kaxeti bölgəsində yaşayan, sonradan “qanuni oğrular dünyasının” adı ilə maddi qazanc əldə etmək və pul qoparmaq mümkün olan şəxslər barədə məlumat ötürürdülər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində maddi sübut kimi avtomobil, odlu silahlar və döyüş sursatları, eləcə də təqsirləndirilən şəxslərin mobil telefonları və kompüter texnikası götürülüb. Onlar bu vasitələrlə bir-biri ilə və xaricdə yaşayan “qanuni oğru” ilə əlaqə saxlayırdılar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci, 223 prima, 223 tersiya və 223 kvarta maddələri ilə davam edir ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Ölkədə təhlükəsizliyin və ictimai asayişin maksimum səviyyədə təmin olunması üçün biz gələcəkdə də mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizəni davam etdirəcəyik. Gürcüstan Daxili İşlər Nazirliyinin əsas məqsədi hər bir vətəndaşın təhlükəsizliyinin qorunmasıdır”, - deyə Aleksandre Daraxvelidze qeyd edib.

Materiyalın videosu bir qədər sonra yüklənəcək

ŞƏRH YAZ
0