"ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə 39-cu günə qədəm qoyularkən, tərəflər və vasitəçilər müharibəni dayandırmaq üçün diplomatik həll yolları axtarır, lakin silahlar susmaq bilmir. ABŞ Prezidenti Donald Tramp son açıqlamasında 'İran sivilizasiya bu gecə yox olacaq' deyib.
Aktual.ge xəbər verir ki, özünün sosial şəbəkə hesabında İranı təhdid edən edən ABŞ lideri sərt ifadələr işlədib.
Gürcüstan vaxtı ilə 8 aprel çərşənbə günü saat 04:00-a işarə edən Tramp, 'Truth' platformasındakı paylaşımı ilə hücum siqnalı verib.
"Bu gecə böyük bir sivilizasiya yox olacaq və bir daha əsla geri gətirilməyəcək. Bunun baş verməsini istəmirəm, amma ehtimal ki, olacaq. Lakin indi tam və qəti rejim dəyişikliyi ilə, fərqli, daha ağıllı və daha az radikallaşmış zehinlərin hakim olduğu bir mühitdə bəlkə də inqilabi və möhtəşəm bir şey baş verə bilər, kim bilir? Bunu bu gecə, dünyanın uzun və mürəkkəb tarixinin ən mühüm anlarından birində öyrənəcəyik. 47 illik qəsb, korrupsiya və ölüm nəhayət sona çatacaq" , - deyə o, qeyd edib.
Digər tərəfdən, İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi elektrik stansiyalarının ətrafında insan zənciri yaradılması ilə bağlı çağırış edib.
O ölkə daxilində eyni vaxtda təşkil olunacaq aksiyada müxtəlif gənclər təşkilatlarının, universitet tələbələrinin, sənətçilərin və idmançıların| iştirak edəcəyini bildirib.