8-9 aprel tarixlərində Gürcüstanda yağışlı hava gözlənilir.
Aktual.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Agentliyin bildirdiyinə görə, 8 apreldə Qərbi Gürcüstanda, 9 apreldə isə ölkənin əksər hissəsində fasiləli yağışlar, bəzi yerlərdə isə güclü yağışlar müşahidə olunacaq. Həmçinin ildırım, küləyin güclənməsi, dənizdə 3-4 ballıq şiddətli dalğalanma və yüksək dağlıq ərazilərdə qar və sürüşmə təhlükəsi mümkündür.
“Şərqi Gürcüstanda, o cümlədən paytaxtda qərb küləyi əsəcək.
Gözlənilən yağış çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər, həmçinin təpəlik və dağlıq ərazilərdə torpaq sürüşməsi və sel proseslərinin başlayıb aktivləşməsinə gətirib çıxara bilər" , - qeyd edilən məlumatda təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib.