İrandan ABŞ-a xəbərdarlıq: Bunu etsəniz cavabımız regiondan kənara çıxacaq
08.04.2026 00:58
534
Dünya
A
İrandan ABŞ-a xəbərdarlıq: Bunu etsəniz cavabımız regiondan kənara çıxacaq

"Əgər Amerika terrorçu ordusu 'qırmızı xətləri' keçərsə, bizim cavabımız regiondan kənara çıxacaq".

Aktual.ge xəbər verir ki, bu barədə bəyanatı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) yayıb.

Onların açıqlamasına görə, “qırmızı xətlərin” keçilməsi halında ABŞ və onun müttəfiqləri uzun illər ərzində regiondan neft əldə edə bilməyəcəklər.

Bəyanatda qeyd olunur ki, cavab zərbələri zamanı İslam İnqilabı Keşikçiləri Korpusu regiondakı neft infrastrukturunu hədəfə alacaq.

“ABŞ-ın regiondakı tərəfdaşları bilməlidir ki, bu günə qədər yaxşı qonşuluq naminə böyük təmkin nümayiş etdirirdik və cavab zərbələri üçün hədəfləri ehtiyatla seçirdik. Lakin artıq bu təmkinin hamısı aradan qaldırılıb”, - deyə bəyanatda deyilir.

ŞƏRH YAZ
2