"Aqressiv, təhrik olunmamış hücumlar yanaşması uğursuzluğa düçar oldu".
Aktual.ge xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və İran arasında atəşkəslə bağlı razılaşmaya belə münasibət bildirib.
“Əsas olanın daha çox aqressivlik, daha təhqiramiz münasibət və sosial mediada daha çox yazmaq olduğu barədə edilən bütün bəyanatlar artıq iflasa uğradı. Bir daha deyirəm, bu mövqe, eləcə də bu cür birtərəfli, aqressiv və təhrik olunmamış hücum yanaşması dağıdıcı məğlubiyyətə uğradı”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, Rusiya Yaxın Şərqdəki münaqişənin həllinə beynəlxalq standartlara uyğun şəkildə töhfə verib.
“Vəziyyətin nizamlanmasına yardım göstərməkdə aktiv iştirak milli maraqların, beynəlxalq hüququn və həqiqi humanitar məqsədlərin bir hissəsi idi”, - deyə Mariya Zaxarova əlavə edib.