Hökumətdən sürpriz qərar: Plastik butulkalarla bağlı qəbul edilən qərar təxirə salındı
08.04.2026 11:43
534
Maraqlı
A
Hökumətdən sürpriz qərar: Plastik butulkalarla bağlı qəbul edilən qərar təxirə salındı

Gürcüstan hökumətinin qərarına əsasən, plastik butulkalarda içkilərin istehsalı, idxalı və bazara yerləşdirilməsinin tənzimlənməsinin tətbiqi 4 il müddətinə - 2031-ci il fevralın 1-dək təxirə salınıb.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumət iclasında məlumat verib.

Onun sözlərinə görə, bu qərar biznes sektoru ilə aparılan məsləhətləşmələr nəticəsində qəbul olunub.

“Bildiyiniz kimi, plastikdən istifadə həm insanların sağlamlığına, həm də ətraf mühitə zərər vurur. Plastik istifadəsinin azaldılması istiqamətində artıq bir sıra mühüm addımlar atılıb və bu proses mərhələli şəkildə davam etdiriləcək.

Lakin eyni zamanda, bu proseslə bağlı yan faktorları da nəzərə almalıyıq. Bunlara biznes subyektlərinin maraqları, həmçinin müəyyən tənzimləmələrin istehlak qiymətlərinə mümkün təsiri daxildir.

Biznes sektoru ilə aktiv məsləhətləşmələr apardıq. Buna görə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinə təşəkkür edirəm. Bu məsləhətləşmələrdən sonra qərar verdik ki, plastik butulkalarda içkilərin istehsalı, idxalı və bazara yerləşdirilməsinin tənzimlənməsinin tətbiqini 4 il müddətinə - 2031-ci il fevralın 1-dək təxirə salaq”, - deyə hökumət başçısı bildirib.

ŞƏRH YAZ
7