Kateqoriyalar
Tbilisidə gənc oğlan bıçaqlanıb.
Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə baş vermiş mübahisə zəminində soyuq silahdan istifadə edərək 1997-ci il təvəllüdlü xarici vətəndaş İ.M.-ə xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı oğlan tibb müəssisəsinə yerləşdirilib.
Qəsdən adam öldürməyə cəhd ittihamı ilə Azərbaycan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü N.A. saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.