Gürcüstanda 9 Qazaxıstan vətəndaşı adam oğurluğuna görə saxlanılıb
08.04.2026 12:17
425
Siyasət
A
Gürcüstanda 9 Qazaxıstan vətəndaşı adam oğurluğuna görə saxlanılıb

Qrup halında azadlıqdan qanunsuz məhrum etmə ittihamı ilə Qazaxıstan Respublikasının 9 vətəndaşı saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcən plan quraraq 2004-cü il təvəllüdlü Qazaxıstan vətəndaşı D.A.-nı qanunsuz şəkildə azadlıqdan məhrum edib, ona fiziki zorakılıq tətbiq ediblər və 30 min ABŞ dolları tələb ediblər.

Bildirilib ki, tələb olunan məbləğin ödənilmədiyi halda zərərçəkəni öldürməklə hədələyiblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər 9 nəfər cinayətdən qısa müddət sonra saxlanılıb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır. Həmin maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0