Gürcüstanda plastik butulkalarla bağlı tənzimləmənin tətbiqi 2031-ci ilə qədər təxirə salındı
08.04.2026 15:27
277
Siyasət
A
Gürcüstanda plastik butulkalarla bağlı tənzimləmənin tətbiqi 2031-ci ilə qədər təxirə salındı

Gürcüstanda plastik butulkalarda içkilərin istehsalı, idxalı və bazara çıxarılmasını tənzimləyən qaydaların tətbiqi 4 il müddətinə təxirə salınıb. Qərara əsasən, yeni tənzimləmə 2031-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Baş naziri İrakli Kobaxidze hökumət iclasında məlumat verib. Onun sözlərinə görə, qərar biznes sektoru ilə aparılan məsləhətləşmələr nəticəsində qəbul olunub.

Baş nazir qeyd edib ki, plastik istifadəsi həm insan sağlamlığına, həm də ətraf mühitə mənfi təsir göstərir və bu sahədə artıq bir sıra addımlar atılıb. O bildirib ki, plastik istehlakının azaldılması istiqamətində proses mərhələli şəkildə davam etdiriləcək.

Eyni zamanda, Kobaxidze vurğulayıb ki, qərar qəbul edilərkən əlavə amillər də nəzərə alınıb. Bunlara biznes subyektlərinin maraqları və mümkün tənzimləmələrin istehlak qiymətlərinə təsiri daxildir.

Onun sözlərinə görə, hökumət biznes nümayəndələri ilə aktiv məsləhətləşmələr aparıb və nəticədə tənzimləmənin tətbiqinin 4 il müddətinə təxirə salınması qərara alınıb.

ŞƏRH YAZ
7